Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Sabahın hava proqnozu

Sabahın hava proqnozu

Azərbaycanda yanvarın 24-nə gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 8-10° isti olacaq.
Bakıda gecə 3-5° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək, nisbi rütubət 60-70 % olacaq.Tibbi-meteoroloji proqnoza əsasən, yanvarın 24-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverşlidir.
Azərbaycanın rayonlarında əsasən yağmursuz, gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 7-12° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

Həmçinin oxuyun

Yanan obyektlərin sığorta problemi

2011-ci ildən ölkədə daşınmaz əmlakın sığortalanmasının icbari olmasına baxmayaraq, bu sahədə ciddi boşluqlar var. “EuroHome”, …