Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Sosial / Sabahdan güclü külək, yağış, leysan, dolu…

Sabahdan güclü külək, yağış, leysan, dolu…

İyulun 21-i axşamdan 23-dək Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən isti hava şəraitindən sonra havanın qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, yarımadanın bəzi yerlərində 28-30 m/s-dək güclənəcəyi, gecə və səhər saatlarında yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda belə deyilir.

Bildirilir ki, havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə enəcək.

Azərbaycanın rayonlarında bir neçə gün davam edən isti hava şəraitindən sonra iyulun 21-i axşam şimal və qərb rayonlarından başlayaraq 25-dək ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, əsasən şimal və qərb rayonlarında leysan xarakterli intensiv və güclü olacağı, dolu duşəcəyi gözlənilir.

Qərb küləyi 15-20 m/s, iyulun 21-də gündüz və 22-də ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə enəcək. Çaylarda sululuğun səviyyəsi artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Həmçinin oxuyun

“SMS icazə” ilə bağlı VACİB AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyədə koronavirusa yoluxma hallarının artmasına görə karantin rejimi sərtləşdirilib. Bu barədə Türkiyə …