Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Sosial / Sabahdan Azərbaycanda pensiyalar artacaq

Sabahdan Azərbaycanda pensiyalar artacaq

2020-ci il yanvar ayının 1-dən Azərbaycanda pensiyalar 14-15 faiz məbləğində artırılacaq.

Bununla da minimum pensiya məbləği 230 manat təşkil edəcək. Yanvarın 1-dən etibarən pensiyaçıların 93 faizi bu artımdan yararlana biləcəklər.

Pensiya artımı barədə məlumatı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev açıqlamışdı.

“Orta aylıq əməkhaqqı artımı proqnozumuz bu il üçün 15% -dir. Buna uyğun olaraq 2020-ci ilin bir yanvarından bütün pensiyaçılarımızın pensiyası əlavə 15% olaraq artacaq” – deyə nazir söyləmişdi.

Qeyd edək ki, ölkədə 1 milyon 200 minə yaxın pensiyaçı var. Artım 93 faiz pensiyaçını əhatə edəcək. Bununla da minimum pensiyanın məbləği 230 manata yaxın olacaq.

Dövlət və hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və digər kateqoriyadan olan şəxslərin pensiyaları isə əməkhaqlarında olan artıma görə müəyyən ediləcək.

Həmçinin oxuyun

“SMS icazə” ilə bağlı VACİB AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyədə koronavirusa yoluxma hallarının artmasına görə karantin rejimi sərtləşdirilib. Bu barədə Türkiyə …