Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Sosial / Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, havanın temperaturu gecə 4-6° isti, gündüz 8-10° isti təşkil edəcək. Bakıda gecə 4-6° isti, gündüz 8-10° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 50-60 % olacaq. 

Tibbi-meteoroloji proqnoza gəlincə, martın 21-22-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və meteroroloji amillərin normal sutkalıq gedişi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir. 

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. 

Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti təşkil edəcək. 

Həmçinin oxuyun

Vəfat edənlərin pensiya kapitalını bu şəxslər ala bilər? – Açıqlama

 “Pensiya yaşına çatmadan dünyasını dəyişən insanların pensiya kapitalı qanunla heç kimə verilməli deyil”.  Bunu Qaynarinfo-ya …