Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Sosial / Sabah “zontik”lərinizi götürün – Arabir yağış yağacaq

Sabah “zontik”lərinizi götürün – Arabir yağış yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, cənub küləyi əsəcək.

Havanın temperaturunun gecə 10-13° isti, gündüz  15-18° isti, Bakıda gecə 11-13° isti, gündüz  15-17° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi normadan yüksək 767  mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 75-85 %, gündüz 60-70 % olacaq.

Noyabrın 13-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskinli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-12° isti, gündüz 15-19° isti, dağlarda 3-8° isti, gündüz 9-14° isti olacağı gözlənilir.

 

Həmçinin oxuyun

Azərbaycanda rekord sayda koronavirusa yoluxma

Azərbaycanda koronavirusa (COVID-19) 946 yeni yoluxma faktı qeydə alınıb, 228 nəfər müalicə olunaraq sağalıb və evə …