Çərşənbə , Mart 29 2023
Ana səhifə / Sosial / Sabah rayonlara qar yağacaq, yollar buz bağlayacaq – PROQNOZ

Sabah rayonlara qar yağacaq, yollar buz bağlayacaq – PROQNOZ

Bakıda və Abşeron yarımadasında fevralın 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, arabir güclənəcək cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu gecə 0-2° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq. 

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 14-19° şaxta, gündüz 3-8° şaxta olacaq. Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq. 

Həmçinin oxuyun

“Rövşən Nəcəf şikayətlərə məhəl qoymur”

“Hər ay maaşımızdan həmkarlar təşkilatının hesabına bir faiz köçürülür. Guya könüllü olaraq üzvlük haqqı köçürürük. …