Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / “Sabah pullar kartlarınızda olacaq” – NAZİR

“Sabah pullar kartlarınızda olacaq” – NAZİR

“Bu gün ərzində elektron sistemlər üzərindən 11 000-dək Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələr həyata keçiriləcək”.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.Nazir deyib ki, sabah vəsait həmin şəxslərin ödəniş kartlarında olacaq.

“Həmin şəxslər I dərəcə əlilliyə görə – 8 800 manat, II dərəcə əlilliyə görə – 6 600 manat, III dərəcə əlilliyə görə – 4 400 manat alacaq. Bu ödənişlər vətəndaş-məmur təması olmadan elektron sistemlər üzərindən həyata keçiriləcək”, – S.Babayev qeyd edib.

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …