Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Sabah hava necə olacaq? — PROQNOZ

Sabah hava necə olacaq? — PROQNOZ

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.


Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, 18 avqustda Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi  gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.


Havanın temperaturu  Abşeron yarımadasında gecə 19-21,  gündüz  26-28,  Bakıda  gecə 19-21, gündüz  26-28 dərəcə isti olacaq. Atmosfer  təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək,  nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz olacaq.  


Abşeron çimərliklərində mülayim cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə  24-25 dərəcə isti təşkil edəcək.


18 avqustda Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi  gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 17-21, gündüz 26-31, dağlarda gecə 7-12, gündüz  13-17 dərəcə  isti olacaq.  

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …