Cümə , Yanvar 21 2022
Ana səhifə / Sosial / Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Dekabrın 19-a gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 6-9° isti, gündüz 9-13° isti, Bakıda gecə 6-8° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, dekabrın 19-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Azərbaycanın rayonlarında əsasən yağmursuz, lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-5° isti, gündüz 10-15° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacaq.

Həmçinin oxuyun

“Cütlüklərə zəng edirlər ki, boşanın, sizi evlə təmin edək” – “Qaçqınkom”-da nə baş verir…

Məcburi köçkünlər üçün nəzərdə tutulmuş evlərin Prezident sərəncamı ilə “Qaçqınkom”un balansından çıxarılaraq Əmək və Əhalinin …