Şənbə , Oktyabr 23 2021
Ana səhifə / Sosial / Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Oktyabrın 10-da Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

ETSN-in Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, əsasən səhər və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-12° isti, gündüz 16-18° isti olacaq. Bakıda gecə 10-12° isti, gündüz 16-18° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70% olacaq.

Oktyabrın 10-da Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi şərq rayonlarında yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 9-13° isti, gündüz 16-20° isti, dağlarda gecə 4-6° isti, gündüz 11-13° isti olacaq.

Həmçinin oxuyun

“Gilan” Holdinq əhaliyə vaxtı keçmiş malları satmağa çalışır

Dünən Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “AZ FP CO LTD” MMC-nin (“Milla”) 72 adda 13 ton …