Çərşənbə , Sentyabr 22 2021
Ana səhifə / Sosial / Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-qərb küləyi  axşama doğru arabir güclənəcək. Havanın temperaturu gecə 18-21° isti, gündüz 28-31° isti olacaq.

Bakıda gecə 18-20° isti, gündüz 28-30° isti olacaq. Atmosfer təzyiqi  norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 60-70 %, gündüz 45-50 % olacaq.

Abşeron çimərliklərində gözlənilən  hava şəraiti     

Şimal-qərb küləyi  axşama doğru arabir güclənəcək. 

Dəniz suyunun temperaturu:  

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti olacaq.

Azərbaycanın rayonlarında: Əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi axşam arabir güclənən qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-22°  isti, gündüz 27-32° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacaq. 

Həmçinin oxuyun

“Məktəblərin açılması təmasların artımına gətirib çıxaracaq ki…” Baş infeksionist

Məktəblərdə yoluxmaların artmaması üçün ciddi nəzarət həyata keçirilməlidir. Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib. …