Cümə , Dekabr 9 2022
Ana səhifə / Sosial / Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Noyabrın 8-də Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti açıqlanıb. 

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. 

Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə  8-10° isti, gündüz 12-14° isti olacaq. Bakıda gecə 8-10° isti, gündüz 12-14° isti olacaq.

Atmosfer təzyiqi 769 mm civə sütunu olacaq. Nisbi rütubət  70-80 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq, mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-9° isti, gündüz  13-17° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz  4-9° isti olacaq. 

Həmçinin oxuyun

“Toppuş bacı”ya tətbiq olunan immunoterapiya xərçəngi tam sağaldır? – AÇIQLAMA

Hazırda onkoloji xəstələrin qəbul etdiyi “ağıllı dərman” və immunoterapiya ən bahalı müalicələrdəndir.Bəzən xəstələr bu terapiyaları …