Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Sosial / Sabah hava küləkli olacaq – Proqnoz

Sabah hava küləkli olacaq – Proqnoz

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq.Gün ərzində mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-14° isti, gündüz 18-22° isti, Bakıda gecə 12-14° isti, gündüz 19-21° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 767 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 55-65 % olacaq.

Noyabrın 11-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 18-23° isti, dağlarda gecə 3-8° isti, gündüz 13-18° isti təşkil edəcək.

Həmçinin oxuyun

“Safari N MTK” dövlətə necə kələk gəlib? – İTTİHAM

Mənzilə görə ilkin ödəniş olaraq 50 min manat ödədim, yerdə qalan məbləği kredit şəklində 2 …