Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Sabah hava kəskin soyuyacaq, Bakıda sulu qar yağacaq

Sabah hava kəskin soyuyacaq, Bakıda sulu qar yağacaq

Azərbaycanda yanvarın 10-da gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumatına görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yanvarın 10-da hava şəraitinin qeyri-sabit olacağı, arabir yağış yağacağı, bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə və gündüz 2-5 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında yanvarın 10-da bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, əsasən şimal və şərq rayonlarında intensiv olacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə, Yanvarın 9-u axşamdan 10-u axşamadək Abşeron yarımadasında güclü xəzri küləyi fonunda temperaturun aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Həmçinin oxuyun

Pensiya, maaş və müavinətlər yenidən artırılır

Cari ilin yanvar ayında ölkədə əmək pensiyaları artırılsa da, maaş və əlilliklə bağlı müavinətlər olduğu …