Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Sosial / Sabah dağlara qar yağacaq

Sabah dağlara qar yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin bəzi yerlərdə arabir çiskinli olacağı gözlənilir. Cənub-şərq  küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 3-5, gündüz 7-9,  Bakıda 4-6, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 85-95, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 22-də bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 1-6, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.

Həmçinin oxuyun

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? – VİDEO

“Məni həkim yox, texniki işçi əməliyyat edib”. Bu iddianı paytaxt sakini Camal Şabanov irəli sürüb. …