Ana səhifə / Sosial / Sabah da qar yağacaq, şaxta olacaq – PROQNOZ

Sabah da qar yağacaq, şaxta olacaq – PROQNOZ

Fevralın 10-da gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fasilələrlə qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-4° şaxta, gündüz 1-3° isti olacaq. Bakıda gecə 2-4° şaxta, gündüz 1-3° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 75-85% olacaq.

Yolların buz bağlama ehtimalı var. Azərbaycanın rayonlarında arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturugecə 0-5° şaxta, gündüz 1-6° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 3-8° şaxta olacaq. Yolların buz bağlama ehtimalı var.

Həmçinin oxuyun

“Vəziyyətimiz acınacaqlıdır, Kəlbəcərə qayıtmaq istəyirik, adımızı siyahıya salmırlar”

Kəlbəcərin Ağdaban kəndindən olan Sadiq Məmmədov deyir ki, 30 ildən çoxdur qazı, şəraiti olmayan yataqxanada …