Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Sabah Bakıda hava çiskinli olacaq – PROQNOZ

Sabah Bakıda hava çiskinli olacaq – PROQNOZ

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, axşam bəzi yerlərdə havanın çiskinli olacağı ehtimalı var.

Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 4-8° isti, gündüz  11-15° isti, Bakıda gecə 4-6° isti, gündüz  13-15°  isti təşkil edəcək. 

Atmosfer  təzyiqi normadan yüksək 773 mm civə sütunu, nisbi rütubət gecə 70-80%, gündüz 55-65  % olacaq.  

Noyabrın 18-də Azərbaycanın rayonlarında  hava əsasən yağmursuz olacaq, lakin Lənkəran-Astara zonasında arabir yağış yağacağı gözlənilir.  Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Gecə  və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz  11-16° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti təşkil edəcək

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …