Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Sabah Bakıda arabir yağış yağacaq

Sabah Bakıda arabir yağış yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, hərdən tutulacağı, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti bildirir ki, cənub küləyi əsəcək.

Havanın temperaturunun yarımadada gecə 10-13°, gündüz 15-18°, Bakıda gecə 11-13°, gündüz 15-17° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə duman olacağı, şərq rayonlarında çiskinli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 7-12°, gündüz 15-19°, dağlarda 3-8° , gündüz 9-14° isti olacağı gözlənilir.

Həmçinin oxuyun

Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir – VİDEO

Paytaxtın mərkəzi küçələrindən birində yerləşən Səməd Vurğun bağındakı oturacaqların bir çoxu yararsız vəziyyətdədir. Sözügedən bağdakı …