Ana səhifə / Sosial / Sabah Bakıda 39 dərəcə isti olacaq

Sabah Bakıda 39 dərəcə isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında günəşli hava şəraiti olacaq, cənub-şərq küləyi əsəcək. 

Milli Hidrometeorologiya Xidmətindən daxil olan proqnoza əsasən havanın temperaturu gecə 24-28° isti, gündüz 34-37°, bəzi yerlərdə 39° isti,

Bakıda gecə 25-27° isti, gündüz  36-38° isti olacaq. Atmosfer təzyiqi  755 mm civə sütunu təşkil edəcək.   Nisbi rütubət  gecə 60-70 %, gündüz 35-40% olacaq.

Abşeron çimərliklərində gözlənilən  hava şəraiti     

Cənub-şərq küləyi əsəcək.

Dəniz suyunun temperaturu:  

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 27-28° isti,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 28-29° isti olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz  35-39°, bəzi yerlərdə 40-41° isti, dağlarda gecə  13-18° isti, gündüz  24-29° isti olacaq.   

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …