Çərşənbə axşamı , Sentyabr 21 2021
Ana səhifə / Sosial / Sabah Azərbaycanda hava necə olacaq? – PROQNOZ

Sabah Azərbaycanda hava necə olacaq? – PROQNOZ

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.  

Milli Hidrometeorologiya Xidmətindən daxil olan xəbərə görə, şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-25° isti, gündüz 32-36° isti olacaq. Bakıda gecə 23-25° isti, gündüz 34-36° isti olacaq. 

Atmosfer təzyiqi normadan aşağı 758 mm  civə sütunu təşkil edəcək.  

Nisbi rütubət  60-70 %, gündüz 35-40 % olacaq.

Abşeron çimərliklərində gözlənilən  hava şəraiti     

Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. 

Dəniz suyunun temperaturu:  

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25° isti,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Avqustun 02-də  Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

Azərbaycanın rayonlarında:  bəzi yerlərdə şimşək çaxacağı, arabir  yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Gündüz əsasən yağmursuz. Ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-24°  isti, gündüz 32-37° isti, dağlarda gecə 8-13° isti, gündüz  15-20° isti olacaq.

Həmçinin oxuyun

Fərhad Əliyev Qarabağ döyüşçüsünü işdən qovdurub

Qarabağda erməninin nəfəsini kəsənlərin, demə, Sumqayıtda nəfəslərini kəsənlər varmış. Darıxmayın, indi biləcəksiz, söhbət kimdən, nədən …