Şənbə , Avqust 20 2022
Ana səhifə / Sosial / Sabah 43 dərəcə isti olacaq – PROQNOZ

Sabah 43 dərəcə isti olacaq – PROQNOZ

Bakıda və Abşeron yarımadasında iyulun 16-da hava şəraiti yağmursuz keçəcək.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 34-39° isti, Bakıda gecə 24-26° isti, gündüz 37-39° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət 55-60 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 37-40°, bəzi yerlərdə 42-43° isti, dağlarda gecə 10-15° isti, gündüz 27-32° isti olacaq.

Həmçinin oxuyun

Sabah Bakıda 39 dərəcə isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında günəşli hava şəraiti olacaq, cənub-şərq küləyi əsəcək.  Milli Hidrometeorologiya Xidmətindən …