Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Sosial / Sabah 24 dərəcə isti olacaq – PROQNOZ

Sabah 24 dərəcə isti olacaq – PROQNOZ

Oktyabrın 18-ə olan hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 14-16° isti, gündüz 19-21° isti olacaq.
Bakıda gecə 14-16° isti, gündüz 19-21° isti olacaq. 

Atmosfer təzyiqi  768 mm civə sütunundan 774 mm civə sütununa yüksələcək.   
Nisbi rütubət 60-70% olacaq.

Tibbi-meteoroloji proqnoz
Oktyabrın 18-də  Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

Azərbaycanın rayonlarında: Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv  olacağı, dağlıq ərazilərdə qar yağacağı  ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-17°  isti, gündüz 19-24° isti, dağlarda gecə 2-7° isti, gündüz  7-12° isti olacaq.

Həmçinin oxuyun

Nərimanov sakinlərini boğaza yığan keçilməz yol problemi – VİDEO

Paytaxtın Nərimanov rayonu, Nadir Əliyev küçəsinin vəziyyəti bərbad haldadır. Yolun təmirini isə heç bir qurum …