Şənbə , Fevral 24 2024
Ana səhifə / Sosial / Sabah 23 dərəcəyədək isti olacaq

Sabah 23 dərəcəyədək isti olacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq.
“Havanın temperaturu gecə 7-11° isti, gündüz 15-19° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 75-85 %, gündüz 50-60 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 4-9° isti, gündüz 18-23° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacaq”.

Həmçinin oxuyun

Borcunu qaytarmayanlara sərt cəzalar gəlir: Məhkəməyə gedən kimi dərhal…

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında …