Şənbə , Sentyabr 22 2018
Ana səhifə / Sosial / Saat 11:00-17:00-dək kölgədən çıxmayın! – Nazirlikdən dəhşətli istilərə görə XƏBƏRDARLIQ

Saat 11:00-17:00-dək kölgədən çıxmayın! – Nazirlikdən dəhşətli istilərə görə XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı növbəti xəbərdarlıq yayıb.

Qurumdan Mia.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasındaiyulun 11-12-də havanın maksimal temperaturunun 35-40 dərəcə olacağı gözlənilir.
“Anomal isti hava şəraiti ilə bağlı günorta saatlarında 11:00-17:00-dək günəş şüalarının birbaşa təsiri altında uzun müddət olmaq risklidir, günəş şüalarından qorunmaq üçün mümkün vasitələrdən istifadə etməyinizi tövsiyə edirik”,-nazirlik bəyan edib.

Azərbaycanın rayonlarındaiyulun 11-dən və iyulun 13-dək hava şəraitinin anomal isti keçəcəyi, havanın maksimal temperaturunun 35-40, Naxçıvan MR-sı və Mərkəzi Aran rayonlarının bəzi yerlərində 41-43, dağlıq rayonlarda 28-33 dərəcəyədək yüksələcəyi gözlənilir.

Həmçinin oxuyun

Bəzi rayonlarda sürüşmə sahələri aktivləşib: Təhlükə var (VİDEO)

Astarada sürüşmə zonalarında aktivlik yaranıb. Torpaq qatı sürüşərək evlərin ətrafına yayılıb. Söhbət Astaranın Miki kəndindən …