Saakaşvili Gürcüstan azərbaycanlılarına müraciət etdi: Heç nədən qorxmayın!

saak-1050x525.jpg 40.3 KB
Həbsdə olan eks-prezident Mixeil Saakaşvili oktyabrın 26-da keçiriləcək parlament seçkiləri ilə bağlı Gürcüstan azərbaycanlılarına Azərbaycan dilində müraciət edib.

O, bu barədə sosial media hesabında paylaşım edib.

Mənim əziz həmvətənlərim! Bu, sizin həyatınızın ən əsas seçkisidir. Ayın 26-da qalib gəlməliyik. Sizi nə qədər çox sevdiyimi yaxşı bilirsiniz. Biz bərabər çox işlər görmüşük və irəli də birgə görüləcək daha çox işlərimiz var. Vətənimiz Gürcüstanı əmin-amanlığa birgə çıxarmalıyıq. Heç nədən qorxmayın.Sizin səsinizin heç bir əhəmiyyəti yoxdur və ya hökumət sizin kimə səs verdiyinizi biləcək” deyənlərə inanmayın. Rahat seçkilərə gedin və 5 nömrəyə səs verin”, – Saakaşvili bildirib.

Eks-prezident Gürcüstan ermənilərinə də eyniməzmunlu müraciət ünvanlayıb.

Oktyabrın 26-da Gürcüstanda növbəti parlament seçkiləri keçiriləcək. Ölkənin Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, seçkilərdə 26 siyasi partiya, ictimai hərəkat və birlik 150 deputat yeri uğrunda mübarizə aparacaq. Əvvəlcədən müəyyən olunmuş 5 faizlik baryeri keçəcək partiya parlamentdə deputat mandatı qazana biləcək. Seçkilərə qatılan siyasi partiyaların 428 namizədi qeydiyyatdan keçib.

Ən çox namizəd (150 nəfər) “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasından (sədr İrakli Qaribaşvili) qeydə alınıb. Avropalı Gürcüstan – Azadlıq üçün Hərəkatın (sədr Georgi Çereteli) 22 namizədi, Gürcüstanın Birləşməsi və İnkişafı Partiyasının (sədri Kamal Muradxanov) 16 namizədi, Yeni Birlik – Gvaramiya, Melianın (sədr Nika Melia) 27 namizədi, Birləşmə – Milli Hərəkatın (sədr Tinatın Bokucava) 31 namizədi, Avropa Demokratlarının (sədr Paata Davitaya) 12 namizədi, Gürcüstanın Patriotları Alyansının (sədr David Tarxan-Mouravi) 11 namizədi, Güclü Gürcüstan – Lelo, Xalq üçün, Azadlıq üçün Birliyinin (sədr Mamuka Xazaradze) 16 namizədi, Gürcüstanın Laboratoriya Partiyasının (sədr Şalva Natelaşvili) 20 namizədi, Gaxariya – Gürcüstan üçün Partiyasının (sədr Georgi Gaxariya) 27 namizədi var. Digər partiya və təşkilatlardan olan namizədlərin sayı isə 3-9 arasında dəyişir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol