Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Sərt karantin rejiminin müddəti artırılacaq? – VİDEO

Sərt karantin rejiminin müddəti artırılacaq? – VİDEO

Həftə sonları tətbiq edilən sərtləşdirilmiş karantin rejimi aylıq karantin rejimi ilə əvəz edilə bilər.

Bu barədə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov deyib.

Onun sözlərinə görə, hazırkı vəziyyətdə vətəndaşlar karantin qaydalarına ciddi əməl etməsələr, qısa müddətdə gündəlik yoluxma rəqəmləri 600-700-ə yüksələcək. Yoluxma sayının daha da artacağı təqdirdə uzunmüddətli sərtləşdirilməyə keçid qaçılmaz olacaq.

Amma qurum rəsmisi hesab edir ki, həftənin iki günü ciddi karantin rejiminin tətbiqi və hərəkətin tam məhdudlaşdırılması indiki vəziyyət üçün qaneedici metoddur. Bu metod yoluxma hallarını stabilləşdirməyə və kəskin artımın qarşısını almağa hesablanıb.

Nabil Seyidov bildirib ki, hazırda sərtləşdirilmiş karantin günlərinin sayının uzadılmasına ehtiyac olmasa da, gələcəkdə Türkiyə təcrübəsindən yararlanmaq istisna edilmir.

Qeyd edək ki, Türkyədə 65 yaşlı vətəndaşların və yaşı 18-dən aşağı olan şəxslərin evdən çölə çıxmalarına müəyyən müddət ərzində məhdudiyyətlər qoyulmuşdu.

Həmçinin oxuyun

Pensiya, maaş və müavinətlər yenidən artırılır

Cari ilin yanvar ayında ölkədə əmək pensiyaları artırılsa da, maaş və əlilliklə bağlı müavinətlər olduğu …