Sürücü yüksək sürətlə sərt döngəyə daxil olur. Avtomobildə oturan sərnişin isə sürücünü qaydaları pozmağa təhrik edir və yolu əks istiqamətdə getməsini istəyir

Avtomobildə oturan başqa bir şəxs isə bunu anban kameraya çəkir. Sərnişinin təsirinə düşən sürücü isə anidən dönüş etməyə cəhd edir. Bu zaman isə avtomobil qarşı yoldan gələn maşınla toqquşur

Yol hərəkəti üzrə ekpert Azər Allahverənov deyir ki, sözügedən kadrlarda sərnişinin və sürücünün etdikləri birmənalı olaraq yol hərəkəti haqqında qanuna ziddir.

Hüquqşunasların sözlərinə görə sərnişinin səbəb olduğu qəzada ağır vəya az ağır xəsarət alan olarsa həmin şəxs 1000 manatdan 2 min manata qədər cərimə edilə bilər. Bununla bərabər həmin sərnişin 2 ilədək islah işlərinə cəlb vəya 6 ayadək azadlıqdan məhrum edilə bilər. Əgər qəzada ölüm hadisəsi qeydə alınarsa həmin sərnişini 3 ilədək həbs cəzası gözləyir.