Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Şənbə günü hava necə olacaq?

Şənbə günü hava necə olacaq?

Oktyabrın 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli çiskinli yağış yağacağı gözlənilir.

Virtualaz.org  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, mülayim cənub küləyi əsəcək.

Havanın temperaturunun yarımadada gecə 11-13, gündüz 17-21, Bakıda gecə 11-13, gündüz 18-20 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 7-12, gündüz 17-22, dağlarda gecə 1-5, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə, oktyabrın 09-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Həmçinin oxuyun

Yanan obyektlərin sığorta problemi

2011-ci ildən ölkədə daşınmaz əmlakın sığortalanmasının icbari olmasına baxmayaraq, bu sahədə ciddi boşluqlar var. “EuroHome”, …