Ana səhifə / Sosial / Şəkidə azyaşlı bacı-qardaşı kəsəyən, daha iki uşağı isə it dişlədi

Şəkidə azyaşlı bacı-qardaşı kəsəyən, daha iki uşağı isə it dişlədi

Şəkidə azyaşlı bacı-qardaşı kəsəyən, daha iki uşağı isə sahibsiz it dişləyib.

APA-nın məlumatına görə, bu gün səhər saatlarında rayonun Cuma kənd sakinləri, 2016-cı il təvəllüdlü İmarət Polad qızı Məcnunova sol baldır nahiyəsinin, onun 2014-cü il təvəllüdlü qardaşı Aslan isə başın alın nahiyəsinin kəsəyən dişləməsi xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olublar.

Günorta saatlarında isə Şəki şəhər sakini, 2005-ci il təvəllüdlü Murad Kazım oğlu Əhmədov döş qəfəsinin sağ hissəsinin it dişləməsi, rayonun Sarıca kənd sakini, 2005-ci il təvəllüdlü Allahverdi Ziyad oğlu Rüstəmov isə sol diz nahiyəsinin it dişləməsi xəsarəti ilə MRX-yə yerləşdiriliblər.

MRX-dan sayta verilən məlumata görə, onlara lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə vaksin vurulduqdan sonra evə buraxılıblar.

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …