Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Sosial / Səhiyyə Nazirliyinin mütəxəssisləri 3 saylı Şəhər Klinik Xəstəxanasına ezam olunub

Səhiyyə Nazirliyinin mütəxəssisləri 3 saylı Şəhər Klinik Xəstəxanasına ezam olunub

Səhiyyə Nazirliyinin aparıcı mütəxəssisləri 3 saylı Şəhər Klinik Xəstəxanasına (Sabunçu) ezam olunublar. 

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov məlumat verib.

Onun sözlərinə görə, briqadaya Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru İlqar Qasımov, uşaq travmatoloqları, ortopedləri, neyrocərrahları və digərlər daxildir. Mütəxəssislər həmin xəstəxanada olan 5 uşağın müalicəsi ilə məşğuldur. Hazırda onlardan ikisi əməliyyat olunur”.

Qeyd edək ki, bu gün Bakı şəhəri, Xəzər rayonunun Binə qəsəbəsində sərnişin avtobusu ilə qatarın toqquşması nəticəsində 1 nəfər ölüb, 34 nəfər xəsarət alıb. Yaralılardan 2-si Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 3-ü 1 saylı Kliniki Tibbi Mərkəzə, digərləri isə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Həmçinin oxuyun

DSMF 2 banka 43 milyon manat ödəyəcək

Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən keçirilən tender müsabiqəsinin qalibləri məlum olub.Yeniavaz.com xəbər verir ki, tender …