Şənbə , Mart 30 2024
Ana səhifə / Sosial / Şəhid Şahinin övladı dünyaya gəldi — Vəsiyyəti yerinə yetirildi

Şəhid Şahinin övladı dünyaya gəldi — Vəsiyyəti yerinə yetirildi

Vətən müharibəsində şəhid olan baş gizir Şahin Allahyarovun oğul övladı dünyaya gəlib.

Şəhid atanın əvvəlcədən vəsiyyət etdiyi körpəyə Şahin adı verilib.

Qeyd edək ki, Şahin Allahyarov şəhidlik zirvəsinə yüksəlməzdən az öncə çəkdiyi videosu ilə diqqət mərkəzinə düşmüşdü. O, həmin videoda şəhid olacağı halda yeni doğulacaq övladına öz adının verilməsini vəsiyyət etmişdi.

Xatırladaq ki, Şahin Allahyarov Quba rayonunun Zizik kəndində anadan olub. Ona ölümündən sonra  “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. Pravda.az

Həmçinin oxuyun

“Vəziyyətimiz acınacaqlıdır, Kəlbəcərə qayıtmaq istəyirik, adımızı siyahıya salmırlar”

Kəlbəcərin Ağdaban kəndindən olan Sadiq Məmmədov deyir ki, 30 ildən çoxdur qazı, şəraiti olmayan yataqxanada …