Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Şəhid hərbçimizin xanımı bu addımı ilə hamını kövrəltdi (VİDEO)

Şəhid hərbçimizin xanımı bu addımı ilə hamını kövrəltdi (VİDEO)

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə “Bakutel 2019” 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi (3-6 dekabr) uğurla başa çatıb.
25 ildir ki, İT məhsul və xidmətlərin nümayişi üçün əsas məkan olan “Bakutel” sərgisi telekommunikasiya sahəsinin aparıcı oyunçularını bir araya gətirir. Tədbir Xəzər bölgəsindəki ən böyük İT sərgisi olmaqla yanaşı, netvökinq və işgüzar kontaktların qurulması üçün unikal məkandır. Bu müddət ərzində 50 ölkədən 3000 şirkəti bir araya gətirən sərgi 160 000 ziyarətçi toplamaqla rekord qırıb.
Azərbaycan, Çin, Finlandiya, İsveçrə, Ukrayna, ABŞ, Belarus, BƏƏ, Fransa, İran, İsrail, İtaliya, Rusiya, Sloveniya, Türkiyə, Xorvatiya və digər ölkələrin aparıcı İT şirkətlərindən ibarət olan milli qrupların iştirak etdiyi tədbirə bu il ilk dəfə ölkəmizdən şəhid övladları da qatılıb. 
Onların iştirakına dəstək göstərən “ZƏFƏR” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova “Publika Tv”nin qonağı olub. O, şəhid övladlarının sərgiyə hazırlıq prosesindən təqdimata qədər mövzularda maraqlı məqamlara aydınlıq gətirib.

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …