Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Şəhid anasının mənzil problemi niyə həll olunmur? – Açıqlama

Şəhid anasının mənzil problemi niyə həll olunmur? – Açıqlama

Şəhid Nəsib Məlikovun anası Lətifə Nəsibova mənzil şəraitindən narazıdır. “Yeni Müsavat”a açıqlama verən L.Nəsibova bildirib ki, oğlu 1-ci Qarabağ müharibəsində şəhid olub. Şəhidin vəfatının 40 günü tamam olmamış isə onun həyat yoldaşı ürək tutmasından vəfat edib.

Nəsibova 4 yaşlı nəvəsini himayəsinə götürüb. O, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Qaradağ rayonunun Korgöz qəsəbəsində qaçqın şəhərciyində müvəqqəti yaşayış yeri kimi bir otaqlı mənzillə təmin olunmuşdu.

L.Nəsibova Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli 1nömrəli Fərmanına əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə birdəfəlik ödənən 11000 manatla nəvəsini evləndirib. Elə həmin birotaqlı mənzili də nəvəsinə hədiyyə edib. Özü isə Bakıda məcburi köçkünlərin yaşadığı binada otaq kirayələyib. Hazırda onun istəyi mənzillə təmin olunmaqdır.

Qaradağ Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Həsrət Almasov  bildirdi ki, Lətifə Nəsibova öncədən ev növbəsində olmayıb: “Lətifə Nəsibova Qaradağ rayonu Korgöz qəsəbəsində qeydiyyatda olub. Lakin Yasamal rayonunda kirayədə yaşayır. Ona növbəyə yazılmaq üçün lazım olan sənədlərin siyahısı təqdim olunub. Təxminən, bir ay öncə təqdim olunan sənədlərdə natamamlıq aşkar etdik. Sərəncam hazırdır, sadəcə sənədlərdə çatışmazlıq olduğuna görə möhür vura bilmirik”.

Qaradağ RİH-in rəsmisi əlavə edib ki, siyahı üzrə bütün sənədlər təqdim olunduqdan qısa müddət sonra Lətifə Nəsibovanı ev ilə təmin etmək mümkün olacaq.

Həmçinin oxuyun

Silah-sursat anbarının tikintisi ilə bağlı qalmaqal: 11 il həbs və 10 milyonluq əmlak müsadirəsi

Müdafiə Nazirliyinin sifarişiylə silah-sursat anbarının tikintisini öhdəsinə götürmüş “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənova 11 …