Ana səhifə / Sosial / Şəhid anası: “Kontakt Home” borca görə oğlumun çarpayısını aparıb

Şəhid anası: “Kontakt Home” borca görə oğlumun çarpayısını aparıb

“Şəhid Şirəli Adilov bircə ay imiş ki, ailə həyatı qurub. Bu zaman onlar “Kontak Home”dan kreditlə mebel alıblar. Şirəli şəhid olandan 2 ay sonra Razindəki “Kontakt Home”un əməkdaşları borca görə şəhidin evindən mebelləri götürüb aparıblar. Ana deyir ki, nə qədər desəm də, oğlumun çarpayısıdır, orada iyi var, aparmayın, qulaq asmadılar. Çarpayını söküb aparıblar”.

Bu sözləri Vətən müharibəsi şəhidi Adilov Şirəli İlham oğlunun evində olan idmançı Kamil Zeynallı deyib.

O bildirib ki, şəhidin qardaşı və bacısının səhətində problemlər olduğu üçün işləyə bilmirlər.

“Şirəli döyüşlərə yollanmamışdan əvvəl “moyka”da və dönərçi kimi işləyərək ailəni dolandırırmış. Amma indi vəziyyət başqa cürdür”.

Şəhidin anası Zümrüd xanım 13 il əvvəl yoldaşından ayrıldığını bildirib. O ailənin ehtiyacı olduğu halda YAŞAT Fondu tərəfindən verilən müavinətin şəhidin atasına ödənildiyini bildirib.

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …