Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyevin daha bir
YANLIŞI ortaya çıxıb. Hər halda, DGK sədrinin keçən il KİV qarşısında
söylədiyi rəqəmlərin reallıqdan uzaq olmasını mədəni formada bu şəkildə
təqdim etmək olar. Maraqlı orasıdır ki, bu dəfə DGK sədrinin yanlışını
mətbuat yox, elə DGK-nın özü tərəfindən açıqlanan rəqəmlər ortaya
çıxarıb.
DİA.AZ
xatırladır ki, keçən ilin noyabrında Dövlət Gömrük Komitəsinin (DGK)
sədri keçirdiyi mətbuat konfransında bildirmişdi ki, ölkəyə gətirilən
“Hybrid” nəqliyyat vasitələrinin mühərriklərinin həcmi 1500-2000 sm2
təşkil edir və onlara tətbiq edilən gömrük rüsumu 600-700-1500 manatdır.
“Hybrid” maşınlar üçün minimal məbləğdə olan gömrük rüsumunun ləğvi
məqsədəuyğun deyil.
Qeyd
edək ki, həmin ərəfədə də Səfər Mehdiyevin açıqladığı rəqəmlərə yerli
ekspertlər tərəfindən etirazlar gəlmişdi. Məsələn, vergi eksperti Vəli
Əliyev Səfər Mehdiyevin açıqlamasında səsləndirdiyi vergi məbləğlərinin
doğru olmadığına işarə edərək bunları demişdi:
“Səfər
müəllimin diqqətinə: 1-ci idxal olunan nəqliyyat vasitəsinin “Hybrid”
və ya daxili yanma mühərriki olmasından asılı olmayaraq idxal vergi və
rüsümları dəyişilməzdir. 2-ci 600-700 manat dediyi aksiz vergisidir.
Üçüncü 10000 dollar dəyərində 1700 sm3 mühərriki olan nəqliyyat
vasitəsinin idxalı zamanı tutulan cəmi vergi və gömrük rüsumlarının
məbləği istehsal tarixi 1 ilədək olduqda təqribən 6261 manat, istehsal
tarixi 1 ildən çox olduqda 7966 manat təşkil edir”.
Mövzu
ilə əlaqədar iqtisadçı Rövşən Ağayev isə bildirmişdi ki, hətta
elektromobilləri də tam vergidən azad rejimə keçirməyə ürəkləri gəlmir:
“Onlar ƏDV-dən azaddır, amma 15%-lik idxal rüsumuna cəlb edilir. Hökumət
ən azından elektromobilləri və hibrid maşınları heç olmazsa 5 illik
müddətə 0% vergiyə rejiminə keçirməli idi. Mühərrikinin həcmi 1500 sm3-u
ötməyən daxili yanma mühərriki ilə işləyən minik avtomobilləri də
istismar müddəti 3 ili ötmədikdə ən azından indiki ilə müqayisədə 2 dəfə
az vergi ödəmək imkanı tanınmalı idi. Yəni 7 ildən çox istismar müddəti
olan avtomobillərin idxalı qadağan olunan ölkədə mən deyən addımlar
atılmalıdır”.
İndi isə DGK tərəfindən bu ilin yanvar-fevral ayları ilə bağlı hesabat
açıqlanıb. Hesabatda deyilir ki, Azərbaycana xaricdən 11 min 547 ədəd
müxtəlif təyinatlı avtomobil idxal olunub. DİA.AZ bildirir ki,
yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama
göstərir ki, bu, 2019-cu ilin yanvar-fevral ayları ilə müqayisədə 6 min
378 ədəd və yaxud 2,2 dəfə çoxdur.
Hesabat
dövründə 10 min 717 ədəd adamların daşınması üçün nəzərdə tutulan minik
avtomobilləri, 64 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox
adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 741
ədəd yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 25 ədəd xüsusi
təyinatlı motorlu nəqliyyat vasitələri idxal olunub.
Bunlardan
başqa ilin ilk 2 ayında daxili yanma mühərriklə yanaşı elektrik
mühərriklə də hərəkətə gətirilən (hibrid) 1 273, yalnız elektrik
mühərriklə hərəkətə gətirilən (elektromobil) 9 nəqliyyat vasitəsi idxal
olunub. Müqayisə üçün bildirək ki, hibrid avtomobillərin 659-u yanvar,
614-ü isə fevral ayında idxal olunub. Elektriklə işləyən avtomobillərin
isə 7-si yanvar, 2-si fevral ayında Azərbaycana gətirilib.
Onu
da qeyd edək ki, bu ilin yanvar-fevral aylarında ölkəyə gətirilən
hibrid avtomobillərin 1 ədədinin orta gömrük dəyəri 5 250 dollar (8 920
manat), elektriklə işləyən avtomobillərin 1 ədədinin orta gömrük dəyəri
isə 10 040 dollar (17 070 manat) olub.
Yəni
bu rəqəmlər də təsdiqləyir ki, DGK Səfər Mehdiyev yox, ekspertlər
doğrusunu söyləmişdi. Hər halda, DGK sədrinin öz işindən belə bu qədər
məlumatsız olması gömrük sistemindəki keyfiyyətsizliyin əsas şərti kimi
də qəbul edilə bilər…
Həmçinin oxuyun
Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq
Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …