Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / – “Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylinin başı dərddə

– “Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylinin başı dərddə

General  Rza  Talıbovun bazarı bağlanır…. 
Bütün dünyada  dövlətin  normal işləməsi üçün  vergi sistemi var. Təsəvvür edirsiniz, qazı, nefti, nə bilim qızılı olmayan balaca  Estoniyada  minimal əmək haqqı  3000 avrodur. İstər-istəməz ortaya sual çıxır ki, bu qədər pul bu balaca ölkədə haradandır ki, bu vətəndaşına  bu qədər  əmək haqqı verə bilir..? Bu sualın bircə cavabı var: Bu ölkədə vergi sistemi düzgün qurulub. 
Bəli, hər gün oxuyuruq ki,  filan şirkətin  dövlət büdcəsinə 100 min manat borcu var….filan məmurun oğlunun  dövlət büdcəsinə  300 min manat borcu var…filan nazirin  arvadının vergiyə 400 min borcu var…və s. Bunu sonsuza qədər davam etdirmək olar. 
Deməli, məmurlarımız, onların övladları, ailə üzvləri  dövlət büdcəsini  təkcə talan etmirlər, həm də  büdcəyə ödənilən vergiləri   vermirlər… Belə olan halda  dövlətin büdcəsində  pul haradan ola bilər..? Hələ bu harasıdır..? Filan məmurun Azəriqaza,  filan nazirin Azərişığa, filan komitə sədrinin Azərsuya….100 min manat borcu var. Belə xəbərləri hər gün oxuyuruq. Adam dəhşətə gəlir ki, bu necə ola bilər..? Vətəndaşın 1 manatı olmayanda qazı, işığı, suyu kəsilir.  Bəs bu məmurun 100 min manat borcu olduğu  halda niyə qazı, işığı, suyu kəsilmir..? Bu məsələ təkcə məmurlarla  bağlı deyil ee… Məmurların himayə etdiyi biznesmenlərlə də bağlıdır.
Təsəvvür  edirsiniz, Cənubi Qafqazın ən böyük Ticarət Mərkəzlərindən biri, birincisi, Sədərək Ticarət Mərkəzidir. Bura ərəb ölkələrindən, nə bilim Dağıstandan, Tatarıstandan, Çindən daha haralardan biznesmenlər gəlib  ticarət yapırlar. Və bu boyda Ticarət Mərkəzində  hesab-uçot-zad yoxdur. Nə vergi, nə rüsum, nə hesabat-filan… Bəli, bu Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəyli özünü az qala “karol”  kimi aparır.
Məlumat üçün onu da qeyd edək ki, Yusif Qədimbəyli ilə Naxçıvanın “kəndxudası”  Vasif   Talıbov, daha doğrusu, onun general oğlu  Rza Talıbov  “Sədərək” Ticarət Mərkəzini şərikli  işlədiblər.
İndi son informasiyalara  diqqətlə fikir verin. İki gündür ölkənin informasiya agentlikləri “Sədərək”də baş verənləri tirajlayır.
Bəli, yayılan son məlumatlara görə…… Azərbaycanda vergidən yayınma ilə bağlı ən çox problemi olan obyektlər sırasında  “Sədərək” ticarət mərkəzinin də adı çəkilir. Bu ticarət mərkəzində milyardlarla vəsait dövr edir.
Təsəvvür edirsiniz, milyardlar  dövr edir. Və üstəlik…. Deməli, bu ticarət mərkəzinə daxil olan hər bir avtomobil  50 qəpik pul ödəyir. Bu bir gündə, bir ayda bilirsiniz nə qədər pul eləyir..? Amma vətəndaşlara 1 manatlıq  qəbz-çek verilmir… 
Biz bir media olaraq illərdir yazırıq ki, Azərbaycana ən böyük təhlükə  məmurlarda  toplanmış milyardlardır. Bəli, bu gün  Naxçıvanda Vasif Talıbova qarşı baş verən proseslərin səsi Sədərəkdən gəlir.
Xatırladaq ki, iki gündür “Sədərək” ticarət mərkəzində fəaliyyət göstərən əksər mağazalar bağlıdır. Yeni vergi siyasətilə razılaşmayan ticarətçilər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin obyektlərə yeni kassa aparatlarının qoyulması tələbi ilə razılaşmırlar. Mağaza sahibləri və icarədarlar indiyədək vergini ticarət mərkəzinin rəhbərliyinə ödədiklərini və bu qaydada davam etmək istədiklərini bildiriblər. İndi gördünüzmü, Vasif Talıbov- Ramiz Mehdiyev cütlüyü  sakit oturmaq istəmir.
Sözün qısası, bu ölkədə Yunis-Yusif Qədimbəyli qardaşlarının həbsi labüddür. Və Vasif Talıbovun oğlu Rza Talıbovun Yusif Qədmibəylilə birgə-ortaq  bazarı  bağlanmalıdır.
Sonda dövlət qurumlarına bir sual ünvanlayırıq: Ənvərin  vergi borcunu kim  ödəyəcək..? Yusif Qədimbəylinin Prezident Administrasiyasında işləyən oğlunun evindən bu yaxınlarda  1 MİLYON oğurluq  oldu… Dövlətdən maaş alan bu cavan oğlanlın evində 1 milyon haradandır..?
Sözün qısası, Vasif Talıbovdan sonra növbə  Yusif Qədmibəyliyə çatır… Ümid edirik ki, yaxın günlərdə Yusif Qədimbəylinin həbsi qaçılmaz olacaq.
P.S. Yusif Qədimbəylilər cəmiyyətdə nə qədər pullu kimi görsənsələr də keçmişə nəzər salanda hər şey açıq-aydın görsənir.  (Gundelik-Bakı)

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …