Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Sosial / Səbinə Əliyeva AZAL-ın təyyarəsini icarəyə götürdü

Səbinə Əliyeva AZAL-ın təyyarəsini icarəyə götürdü

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombdusman) AZAL-dan təyyarə icarəyə götürüb.

Yeniavaz.com xəbər verir ki, İnsan Hüquqları üzrə Müvəkkil təyyarəni 23-31 may tarixləri arasında icarəyə götürüb və qarşılığında 28 min 900 manat ödəyib.

İcarəyə götürülən təyyarənin hansı model olduğu bilinməsə də, təyyarənin Bakı-Füzuli-Bakı istiqamətində səfər etdiyi bildirilir.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva bu vəzifədə 30 noyabr 2019-cu il tarixindən işləyir. Səbinə Əliyeva  millət vəkili Siyavuş Novruzovun həyat yoldaşıdır. Səbinə Əliyeva eyni zamanda Milli Məclisin sabiq sədr müavini Yaşar Əliyevin qızıdır.

***

İnsan Hüquqları üzrə Müvəkkilin Aparatından “Yeni Sabah”a bildirdilər ki, təyyarənin icarəyə götürülməsi keçirilən beynəlxalq tədbirlə bağlı olub və xarici ölkələrdən gələn qonaqların daşınması üçün istifadə olunub. 

Həmçinin oxuyun

Vəfat edənlərin pensiya kapitalını bu şəxslər ala bilər? – Açıqlama

 “Pensiya yaşına çatmadan dünyasını dəyişən insanların pensiya kapitalı qanunla heç kimə verilməli deyil”.  Bunu Qaynarinfo-ya …