Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Sosial / Səbail rayonunda ağacların kəsilməsi ilə bağlı materiallar hüquq-mühafizə orqanlarına göndəriləcək

Səbail rayonunda ağacların kəsilməsi ilə bağlı materiallar hüquq-mühafizə orqanlarına göndəriləcək

Səbail rayonu, Badamdar qəsəbəsi, S.İbrahimxəlilov küçəsində yerləşən 34 saylı Şəhər Poliklinikasının qarşısındakı yaşıllıq zolağında ağacların məhv edilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən verilən xəbərə görə, Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, əraziyə keçirilən baxış zamanı yaşıllıq ərazidə tikinti işlərinin aparıldığı və tikinti altına düşən bir tut ağacının və iki kol bitkisinin kəsilərək məhv edildiyi aşkar olunub.

Qeyd edilib ki, təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.

Həmçinin oxuyun

Vəfat edənlərin pensiya kapitalını bu şəxslər ala bilər? – Açıqlama

 “Pensiya yaşına çatmadan dünyasını dəyişən insanların pensiya kapitalı qanunla heç kimə verilməli deyil”.  Bunu Qaynarinfo-ya …