Şənbə , Mart 23 2019
Ana səhifə / Sosial / Sərxoş sürücü yol qəzası törədib hadisə yerindən qaçdı – VİDEO

Sərxoş sürücü yol qəzası törədib hadisə yerindən qaçdı – VİDEO

Bərdə rayonunda sərxoş sürücü yol qəzası törədərək hadisə yerindən qaçıb. 

Rayon sakini Elvin Arif oğlu Gənciyev idarə etdiyi “Lada-Priora” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və avtomobil Nadir Hidayət oğlu Süleymanovun idarə etdiyi “Nissan” markalı minik maşını ilə toqquşub.

Hadisə şahidlərinin verdiyi məlumata görə, qəza zamanı E.Gənciyev sərxoş olub və hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Azərbaycanda 5 saatlıq yol 2 saatlıq oldu – Foto

Yeni açılan Ələt-Astara yolu bayramda cənub bölgəsinə gedənlər üçün ikiqat bayram olub. Axar.az-ın verdiyi xəbərə …