Şənbə , Dekabr 4 2021
Ana səhifə / Sosial / “Sərnişinlər avtobusların hərəkətini izləyə biləcək” – BNA

“Sərnişinlər avtobusların hərəkətini izləyə biləcək” – BNA

“Müntəzəm marşrut xətləri üzrə nağdsız ödənişlərə keçid davam edir. Marşrut xətləri üzrə avtobuslar “BakıKarta” keçdikcə, eyni zamanda Vahid Dispetçer Mərkəzinə inteqrasiya edilir. Bu zaman biz marşutlar üzrə gündəlik xəttə çıxan avtobus sayı, həmin avtobusların real vaxt rejimində hərəkət vəziyyəti, harada olmaları, hansı intervalla, hansı sürətlə hərəkət etmələri, dayanacaqdan kənar saxlayıb-saxlamamalarını, yəni bütün davranışlarını izləyə bilirik”.

Bu barədə AzVision.az -a Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib. O bildirib ki, əsas məqsəd bu məlumatların sərnişinlərlə bölüşdürülməsidir:

“Məlumatlar müxtəlif alətlər – mobil tətbiqlər, internet portalları, dayanacaqdakı lövhələr vasitəsilə sərnişinlərimizlə bölüşüləcək. Bunun yaxın vaxtlarda həyata keçirilməsi nəzərdən keçirilir”.

Həmçinin oxuyun

Milli Məclisdə 95 minlik təmir işləri

Milli Məclisin inzibati binası təmir olunacaq.  Bununla bağlı “Texnomaks” MMC ilə satınalma müqaviləsi imzalanıb. Müqavilənin …