Cümə , Dekabr 4 2020
Ana səhifə / Sosial / Sərnişinlərə xoş xəbər: Avtobuslar yeniləndi – VİDEO

Sərnişinlərə xoş xəbər: Avtobuslar yeniləndi – VİDEO

Bakıya yeni avtobuslar gətirilib.

ARB TV xəbər verir ki, marşrut xəttinə buraxılacaq yeni avtobuslar istilik sistemi və digər avadanlıqlarla təchiz olunub.

Avtobusların 45-i xətdə işləyir. Avtobusda sərnişinlərin rahatlığı təmin olunub. Mobil cihazların elektrikə qoşulması üçün xüsusi yerlər də var.

Gələn il isə ölkəyə 350-ə yaxın avtobusun gətirilməsi də nəzərdə tutulub. Bu avtobusların 18-i iri həcmli, 20 metrlik avtobuslardı. Yeni avtobusların xəttə buraxıldıqdan sonra şəhərin mərkəzində fəaliyyət göstərən köhnə nəqliyyat vasitələri, şəhər ətrafı qəsəbələr və kəndlərə yönləndiriləcək. Avtobusları standartlara cavab verməyən daşıyıcıların xətdən kənarlaşdırılması ilə bağlı tədbirlər görünəcək.

Gələn ilin əvvəlinədək 700-ə yaxın nəqliyyat vasitəsinin kart sisteminə keçidi planlaşdırlır.

Həmçinin oxuyun

Təhsil Nazirliyi tələbələrə müraciət edib

Təhsil Nazirliyi https://e-telebe.edu.az elektron portalı vasitəsilə tələbələrin müraciətlərinin qəbulunu dekabrın 10-dək davam etdirəcək. Bu barədə nazirlikdən bildirilib. Qeyd …