Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Sərkisyandan xalqa Yeni il “təsəllisi” – yeməklə doymayanlar…

Sərkisyandan xalqa Yeni il “təsəllisi” – yeməklə doymayanlar…

Serj Sərkisyanın öz xalqına Yeni il təbriki klassik erməni yalanının növbəti, “şedevr” nümunəsi sayıla bilər. 
Əslinə qalsa, bu, heç təbrik də deyil, ac-yalavac və hüquqsuz toplumu ovundurmaq, özünü və korrupsioner komandasını isə təmizə çıxarmaq təşəbbüsüdür. Eyni zamanda 19 il öncə hakimiyyəti zorla ələ keçirmiş Qarabağ klanının aprel seçkiləri ərəfəsi cəmiyyəti çaşdırıb, ondan növbəti müddətə etimad almaq cəhdidir.
Təsadüfi deyil ki, 2016-cı ilin yekunlarından danışan Sərkisyan 4 günlük aprel müharibəsindən söz açsa da, ağır itkilərdəndanışmır və ardınca arsızcasına iddia edir ki, guya erməni xalqı bu savaşdan daha monolit şəkildə çıxıb. Halbuki, məhz Azərbaycan əsgərinin blits-hərbi qələbəsi nəticəsində Ermənistanda daxili siyasi durum qəlizləşib, xalqla-hakimiyyət arasında uçurum dərinləşib, hakim qüvvənin ictimai dayaqları bir qədər də sarsılıb.
Ötən yay İrəvanın mərkəzində polis binasının radikal qüvvələr tərəfindən zəbt edilməsi, aprel hadisələrindən dərhal sonra Sərkisyanın öz qatı opponenti olan eks-prezident LevonTer-Petrosyanın ayağına getməsi (19 il öncə Sərkisyan məhz Köçəryanla birləşərək onu hakimiyyətdən salmışdı)  bunun ən bariz təzahürləri idi.
Yəni, Ermənistanın artıq 4 apreldən öncəki bir məmləkət olmadığını az qala, uşaq da bilir – amma santexnikSerjyenə də öz yalanlarını üyüdür. Məsələ də ondadır ki, erməni xalqı Sərkisyanın iddiasının əksinə olaraq, aprel döyüşlərindən daha parçalanmış şəkildə çıxıb. Bu proses indi də davam edir və bitməyib.
Parçalanmanın başqa bir təzahürü, daha doğrusu, aprel döyüşlərinin digər mühüm bir sonucu tanınmış erməni ictimai fəallarının Bakıya gəlişi və az sonra Bakı Sülh Platformasını imzalamasıdır. Rəsmi İrəvan onun təbliğat maşınına ciddi zərbə olan bu sənədə qarşı nə edəcəyini hələ də bilmir…
*****
Erməni prezidentin Yeni il “təbriki”ndə ölkənin olmayan iqtisadiyyatı haqda danışması isə əsl tragikomediyadır. 2016-da “müstəqilliyin” 25-ci ildönümünün tamam olduğunu bəh-bəhlə xatırladan Sərkisyan görün nə deyir: “Biz Yeni ilə öz qüvvəmizə daha böyük inamla giririk. Qarşıdakı növbəti 25 il (!! – Z.S.) yüksəliş dövrü olacaq – daha güclü və təminatlı Ermənistanın qurulması dönəmi olacaq. Yaxın gələcəkdə artıq hamı bunu hiss edə biləcək. İnanıram ki, yeni hökumətə bu müyəssər olacaq”.
Əlbəttə ki, blefdir. 25 illik müstəqillik dövründə Ermənistan çiçəkləndi, qalmışdı növbəti 25 illik! Burda deyiblər, “Yeməklə doymayan yalamaqla doymaz”.
Əlahəzrət fakt budur ki, Ermənistan torpaqlarımızın işğalı naminə özünün həm siyasi, həm də iqtisadi müstəqilliyini çoxdan Rusiyaya peşkəş edib. Keçən 25 ildə Ermənistan nəinki Qarabağdakı separatçı rejimin “müstəqilliyinin” tanınmasına nail ola bilib, üstəlik, öz müstəqilliyini və suverenliyini də itirib. Onun həmçinin olan-qalan iqtisadiyyatı bütünlüklə Rusiyanın nəzarətindədir. Apreldən sonra isə faktiki, erməni ordusu da Kremlin nəzarətinə keçib – təbii ki, rəsmi İrəvanın könüllü razılığı əsasında.
Elə isə, hansı müstəqillikdən, böyük iqtisadi planlar vəgözləntilərdən dəm vurur bu Xocalı hərbi canisi?! Təbii ki, Sərkisyan Yeni il təbrikində dediyimiz acı reallıqlardan danışa bilməzdi. Ümumiyyətlə, danışa bilməzdi. Gerçəyin alternativi isə əlbəttə ki, yalandır – total yalan!Bu, həmin SerjSərkisyandır ki, cəmi ayarım öncə – sonuncu dəfə Qarabağa qanunsuz səfərdən sonra İrəvanda bəyan etmişdi ki, “biz daha böyük çətinliklərə hazır olmalıyıq, çünkiAzərbaycanla iqtisadi rəqabət aparmaq imkanımız yoxdur”.
Həqiqətən, belə imkan olsaydı, daha həlak olan hərbçi ailələrinə kompensasiyaları da bu ildən etibarən kasıb erməni əhalisindən hər ay zorla tutulacaq 1000 dramlıq xüsusi vergi hesabına ödəmək haqda qanun qəbul edilməzdi ki? Söz düşmüşkən, həmin qanun da apreldən sonra və aprelin bilavasitə təsiri altında qəbul edilib və Ermənistan iqtisadiyyatının nə dərəcədə miskin kökdə olduğuna əlavə dəlildir.
Bəs, eks-prezident LevonTer-Petrosyan başda olmaqla, ölkənin düşdüyü durumu real qiymətləndirən ciddi siyasətçilərin həyəcan təbili çalması necə olsun? “Azərbaycanla indi təcili kompromisə getməsək, vəziyyətimiz daha ağır olacaq”, “türk-erməni sərhədi, kommunikasiyalar açılmayınca inkişaf olmayacaq” deyən Ter-Petrosyanın məlum fikirləri erməni toplumunda “bomba effekti” verib, cəmiyyəti silkələyib, Sərkisyanklanıisə hələ də xalqına köhnə bayatılar oxuyur, rifah nağılları danışır.
Nağıllara inanmamaq üçün 25 illik acı təcrübə bəs etmədi? Görəsən, belə nağıllara inanan erməni qalıbmı?

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …

Bir cavab yazın