Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Sərdar Cəlaloğlundan “125-lər”ə İTİHAM: “Onların xətti bəlli deyil”

Sərdar Cəlaloğlundan “125-lər”ə İTİHAM: “Onların xətti bəlli deyil”

Ümid Partiyası və Azərbaycan Demokrat Partiyası (ADP) “Qarabağ” seçki blokunda təmsil olunurlar.2015-ci ilin noyabr ayında keçiriləcək parlament seçkilərində iştirak üçün Ümid Partiyası və “125-lər” özlərinin namizədlər siyahısını açıqlayıb. Ümid Partiyasının sədri İqbal Ağazadənin də adı həmin siyahıdadır. Bu, ilk baxışda İqbal Ağazadənin “Qarabağ” seçki blokundan seçkiyə getməyəcəcəyi qənaətini yaradır.

ADP sədri Sərdar Cəlaloğlu isə deyir ki, Ümid Partiyası ADP ilə birgə seçkilərə qatılmaq niyyətindədir.

Sərdar Cəlaloğlu Modern.az saytına açıqlamasında adını çəkmədiyi başqa bir partiyanın da “Qarabağ” seçki blokuna  qoşulmaq istədiyini söyləyib.

“Bütün bunlar müzakirə edilib yekunlaşdıqdan sonra seçki blokunun tərkibi haqqında geniş məlum at veriləcək”,-deyə o əlavə edib. Sərdar Cəlaloğlu bununla yanaşı, “125-lər”-i də ittiham edərək vurğulayıb ki, bu təşkilatın siyasi və ictimai istiqaməti bəlli deyil: “Bu təşkilatın siyasi və ictimai yönü tam müəyyən olunmayıb. Üstəlik qeydiyyatdan da keçməyib. Bu təşkilat əslində bir ideyadır”.

““125-lər” “Qarabağ” seçki blokunun tərkibində seçkiyə gedə bilərmi?” sualına isə ADP lideri belə cavab verib:

“Onlar birincisi rəsmi qeydiyyatdan keçməyiblər. İkincisi isə konkret olaraq “125-lər”in siyasi xətti də məlum deyil. Bu baxımdan onların “Qarabağ” blokunun tərkibində rəsmi şəkiıdə iştirakı mümkün deyil. “125-lər” bizim blokda müstəqil tərəf kimi iştirak edə bilməzlər. Sadəcə öz namizədlərini “Qarabağ” blokunun tərkibindən irəli sürə bilərlər. Amma onların “Qarabağ” blokunda müstəqil tərəf olmağa hüquqları yoxdur”.

Sərdar Cəlaloğlu onu da deyib ki,  əgər söz açdığı partiya da “Qarabağ”a qoşularsa, bu zaman həmin blokun adı dəyişdirilə bilər.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …

Bir cavab yazın