Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Sərdar Cəlaloğludan Qubad İbadoğluna nazir postu təklifi…

Sərdar Cəlaloğludan Qubad İbadoğluna nazir postu təklifi…

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu daha bir maraqlı açıqlama ilə gündəmə gəlib. O, baş nazirin səlahiyyətlərinin artırılmasını təklif etməklə bərabər, prezident olarsa, tanınmış iqtisadçı Qubad İbadoğlunu baş nazir təyin edəcəyini vurğulayıb.

“İndiki halda çox sağlam qabiliyyətli insanların baş nazir postuna gətirilməsi yalnış siyasət ola bilər. Bunun üçün baş nazirin səlahiyyətləri artırılmalıdır. Azərbaycan prezident respublikasıyla parlament respublikasının qarışığından ibarətdir. Nazirlər Kabineti parlament respublikası üçün, prezidentin səlahiyyətləri prezident respublikaları üçün xarakterikdir.

Bunlar Azərbaycanda iqtisadiyyata kim rəhbərlik edir, baş verən hadisələrdən kim cavabdehlik daşıyır kimi suallara cavab verməyə imkan vermir”,- deyə Sərdar Cəlaloğlu “Cümhuriyət”ə açıqlamasında ölkədə baş nazir postu uğrunda gedən mübarizəyə münasibət bildirərkən deyib.S.Cəlaloğlu hesab edir ki, indiki vəziyyətdə baş nazir pensioner bir postdur: “Buna görə də indiki halda çox sağlam qabiliyyətli insanların baş nazir postuna gətirilməsi yalnış siyasət ola bilər. Baş nazir var, amma heç bir səlahiyyəti yoxdur. Nəticədə baş nazir kimi iqtisadiyyatda baş verənlərə görə məsuliyyət daşımır. Bu vəziyyət aradan qaldırılmayana qədər baş nazirin kimin olmasının heç bir əhəmiyyəti yoxdur. Ya baş nazir postu ləğv edilib bu postun bütün səlahiyyətlərini prezident öz üzərinə götürməli, Nazirlər Kabinetinin tərkibi prezidentli respublikalarda olduğu kimi tamam dəyişdirilməlidir. Ya da baş nazirlik institutu yaradılmalıdır. Bunun üçün bu postun Konstitusiyada səlahiyyətləri, məsuliyyəti müəyyən edilməlidir. Bundan sonra xalqı böhrandan çıxara biləcək insanların hakimiyyətə gəlmələrindən danışa bilərik. Əgər baş nazirlik real bir post olacaqsa, hakimiyyətdə də bir çox adamlar var ki, indiki siyasi reallıqlarda Artur Rəsizadədən qat-qat ölkəni yaxşı idarə edə bilər.Nazirlərin içərisində ən çox diqqətimi cəlb edən Kəmaləddin Heydərovdur.

O, indiyədək bir çox nazirliklərə başçılıq edib. Həmin qurumları da ölkənin ən aparıcı siyasi institutuna çevirə bilib. Kim iş görürsə, onun işinə baxıb qərar vermək lazımdır. Məsələn, son zamanlarda baş nazir postu üçün Samir Şərifovun adı hallanır. Şərifov maliyyə naziri kimi nə fəaliyyət göstərib? Nazir gələn kimi ölkə böhrana girdi, maliyyə resursları son 10 ildə ən aşağı səviyyəyə düşdü. Maliyyə resursları tamamilə dağıdılıb. Əgər qabiliyyətlidirsə, maliyyə naziri hara baxır? Başqalarının adları da hallandırılır.

O adamların tutduqları postda ölkəyə nə kimi xeyirləri dəyib? Müxalifətdən isə biliyinə və qabiliyyətinə görə, diqqətimi cəlb edən Qubad İbadoğludur. Mən prezident olsaydım, onu baş nazir təyin edərdim. O cümlədən Saleh Məmmədovu gətirmək olar. Müxalifətdən namizədim bu iki nəfərdir. İqtidardan isə Kəmaləddin Heydərovdan başqa layiqli ikinci namizəd görmürəm. Əgər baş nazirin səlahiyyətləri artırılmayacaqsa, bu postda kimin dəyişdirilməsi əhəmiyyət daşımayacaq”.

İqtisadçı Qubad İbadoğlu isə S.Cəlaloğlunun fikirlərinə münasibət bildirib. O, musavat.com-a açıqlamasında qeyd edib ki, S.Cəlaloğlu məlum açıqlamada ciddi məsələlərə toxunub: “Sərdar bəyə təşəkkür edirəm ki, bu açıqlaması ilə hazırkı mürəkkəb idarəetmə sistemində iqtisadçıların, mütəxəssislərin rolunu ictimai diqqətə gətirib və onların ölkəni böhrandan çıxarmaq üçün əhəmiyyətini vurgulayıb. Bununla Sərdar bəy nə özünü prezident, nə də bizi baş nazir təyin etməyib. O ki qaldı Sərdar bəylə işləməyə, mən yalnız azad və ədalətli seçkilərdə Azərbaycan xalqının etimadını qazana bilən şəxsin bu barədə təklifini müzakirə edə bilərəm”.

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …

Bir cavab yazın