Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Sərdar Cəlaloğlu seçkidən imtina etdi! – NƏ BAŞ VERİR?

Sərdar Cəlaloğlu seçkidən imtina etdi! – NƏ BAŞ VERİR?

Azərbaycan Demokrat Partiyası (ADP) 1 noyabr parlament seçkilərində iştirakdan imtina haqda qərar verib. Belə bir qərar partiyanın Ali Məclisinin Rəyasət Heyətinin bugünkü iclasında qəbul olunub. Qərarda deyilir:
“Son vaxtlar Azərbaycanla ABŞ və Qərbi Avropanın demokratik institutları arasında münasibətlərin gərginləşdirilməsini, ATƏT-in 2015-ci il parlament seçkilərində müşahidə missiyasından imtina qərarı verməsini, habelə ölkədə seçki öncəsi real siyasi vəziyyəti nəzərə alaraq, Azərbaycan Demokrat Partiyasının Ali Məclisinin Rəyasət Heyəti 01 noyabr 2015-ci il Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərdə iştirakın hazırkı mərhələdən davam etdirilməsinin məqsədəmüvafiq olmamasını qeyd edir və seçkilərdən geri çəkilir.”

Xatırladaq ki, ADP Ali Məclisinin Rəyasət Heyətinin qərarına əsasən, ADP sədri Sərdar Cəlaloğlu 9 saylı Binəqədi 2-ci, partiya sədrinin birinci müavini Həsrət Rüstəmov 18 saylı Nərimanov-Nizami, partiya sədrinin müavini Taliyyət Əliyev 21 saylı Nəsimi 1-ci, partiya Ali Məclisinin sədri İsa Cəfərov 45 saylı Abşeron, Vasif Abdullayev 35 saylı Xətai 3-cü seçki dairələrində seçki fəaliyyətlərini bu gündən dayandırdıqlarını bəyan ediblər.

YAP-ın öz namizədlər siyahısını açıqlamasından 1 gün sonra ADP-nin seçkidən imtina qərarı maraqlıdır. Bu o deməkdir ki, ADP sədri Sərdar Cəlaloğlu deputat olacağına dair hakimiyyətdən vəd ala bilmədiyindən, prosesdə iştirakdan imtina edib.
Maraqlıdır ki, bu seçkidə ADP sədrinə mandat veriləcəyi ehtimalı çox yüksək idi. S.Cəlaloğlu xeyli müddətdir hakimiyyətə loyal mövqeyə keçib və hətta S.Cəlaloğlu hakimiyyətin planı çərçivəsində 2013-cü ilin prezident seçkilərində də iştirak etmişdi. Bizdə olan məlumata görə, məhz bu xidmətinin qarşılığında da ona mandat sözü verilmişdi.
Lakin belə görünür ki, ya vəziyyət ciddi şəkildə dəyişib və 2013-cü ildə söz sahibi olanlar bu seçkilərin gedişinə və qərarların qəbuluna təsir imkanlarını itiriblər. Ya da S.Cəlaloğlu ona mandat veriləcəyinə əmin deyil və bu gedişi ilə hakimiyyəti ADP ilə danışıqlara çağırır ki, qəti söz aldıqdan sonra prosesə qoşulsun.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın