Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Sosial / Sərdar Cəlaloğlu Qüdrət Həsənquliyevə “Şeytanın şagirdi” dedi – QALMAQAL

Sərdar Cəlaloğlu Qüdrət Həsənquliyevə “Şeytanın şagirdi” dedi – QALMAQAL

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu “Cümhuriyət”ə açıqlamasında kazinolar heç vaxt dövlətə gəlir gətirə bilməz.

S.Cəlaloğlu qeyd edib ki, fahişəxanaların, qumarxanaların, kazinoların gətirdiyi gəlir dinimizə görə haramdır:

“Amerika kimi dövlətdə yalnız bir-iki ştatda qumarxanaların fəaliyyətinə icazə verilir. Bu da müəyyən məsələlərlə bağlıdır. Bir çox ölkələrdə kazinolar cinayətkarlığın artmasına səbəb olur. Əgər Azərbaycan iqtidarı düşünürsə ki, kazionların açılması iqtisadi islahatdır, o zaman fahişəxanaların açılması da “mənəvi islahat” olsun. Yəni bu kimi yollarla ölkəni düşdüyü böhrandan çıxarmaq mümkün deyil. Əksinə bu, böhrana yeni sosial böhranlar əlavə edəcək. Bilirik ki, kazinoların olduğu ölkələrdə cinayətkarlıq necə artır, qeyri-qanuni yollarla əldə edilmiş pullar burada necə yuyulur. Hacı İbrahim böyük layihələrdən danışır. Neçə illərdir ki, özünü biznesmen adlandırır, indiyədək də dövlət büdcəsinə 1 qəpiklik xeyir verdiyini heç kəs görməyib. İndi də deyir ki, “Kazinoları verin mənə, görün Azərbaycanın dövlət büdcəsinə nə qədər gəlir gətirəcəyəm”.

Sənin üçün kazino fabrikdir, zavoddur, nədir, burada kim işləyəcək? Bununla kasıbçılıq yox olacaq, ya insanların mədəni səviyyəsi yüksələcək? Pulun gəlməsi iqtisadiyyatdır? Onda 10 nəfər də yaxşı haker hazırlayıb dünya banklarını soydursunlar, bu da olsun böhrandan çıxamaq yolu. Kazinolar qeyri-qanuni yollarla əldə edilmiş pulların yuyulmasının bir vasitəsidir. Dünyanın hər yerində belədir. Biri milyonlarla pulları oğurlayır, gedib kazinoda sənədləşdirir və deyir ki, udmuşam. Bunun Azərbaycan mentalitetinə və dinimizə aidiyyatı yoxdur. Kazinolar iqtisadiyyata gəlir gətirə bilməz. Dünyanın heç bir ölkəsi nə kazinolar, nə də fahişəxanalarla dövlət büdcəsinin gəlir hissəsini təmin etmir. Zavod və fabrik açmaq əvəzinə mənəvi dəyərlərə zidd olan işlər görməyə çalışırlar.

Bir şey ki, “Quran”da qadağan oluna. Allahşükür Paşazadə hara baxır? Bunu mən yox, birinci Allahşükür Paşazadə çıxıb deməlidir ki, kazinoların fəaliyyətini bərpa etmək istəyən admalar “Qurani-Kərim”i inkar etmək istəyənlərdir. “Quran” deyir ki, qumar Şeytanın əlində silahdır. Amma Milli Məclisin deputatı çıxıb deyir ki, gəlin qurarxana açaq. Müsəlman ölkələrində sələm, faiz vermək qadağan olunur, sən “Quran”da açıq formada qadağan olunan bir əməli qanuniləşdirmək istəyirsən. Ondansa Şeytanı dəvət edin Azərbaycana. Gedib hermetizmi oxusunlar, bir-iki satanistlərin məbədini açsınlar qurtarsın-getsin. Bu nə deməkdir? Dindarlar, alimlərimiz, müəllimlərimiz hara baxırlar? “Quran” qumarı qadağan edir və bunu insanları azdırmaq üçün Şeytan əməli kimi qəbul edir. İndi kim deyirsə ki, qumarxana açaq, o adam Şeytanın şagirdidir”.

P.S. Yazını bütöv şəkildə “Cümhuriyət” qəzetinin sabahkı sayında oxuya bilərsiniz.

Həmçinin oxuyun

“Safari N MTK” dövlətə necə kələk gəlib? – İTTİHAM

Mənzilə görə ilkin ödəniş olaraq 50 min manat ödədim, yerdə qalan məbləği kredit şəklində 2 …

Bir cavab yazın