Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Sosial / Şəmsəddin Hacıyev yeni dairə axtarışında -Komitə sədri çıxılmaz vəziyyətə düşüb 

Şəmsəddin Hacıyev yeni dairə axtarışında -Komitə sədri çıxılmaz vəziyyətə düşüb 

Növbəti parlament seçkiləri yaxınlaşdıqca, hazırkı deputatlar arasında problemlə üzləşənlərin sayı daha da artır.

İqtisad Universitetinin sabiq rektoru hazırda təmsil etdiyi 89 saylı Göyçay-Ağdaş Seçki Dairəsində nüfuzunu o qədər itirib ki, artıq bu dairədə onu ciddi namizəd kimi qəbul etmirlər

Məlumatlara görə, belələrindən biri də ötən seçkidə 89 saylı Göyçay-Ağdaş dairəsindən deputatı seçilən YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyevdir.

Xatırladaq ki, Ş.Hacıyev həm də Milli Məclisin Elm və Təhsil Komitəsinin sədridir. O, 2014-cü ilədək deputatlıqla yanaşı, ölkənin ən “alış-verişli”, rüşvətin tüğyan etdiyi ali təhsil ocaqlarından birinin – İqtisad Universitetinin rektoru idi. Hətta bu universitetin Dağıstan fililalında qeydə alınan rüşvət haqq-hesablarının səs-sorağı bu günlərə qədər eşidilməkdədir. Hazırda bu filialdan xeyli sayda şikayətçi var. Bütün bu qalmaqallı məsələlərə görə Ş.Hacıyev rektor vəzifəsindən uzaqlaşdırılsa da, deputat kimi fəaliyyətini davam etdirdi…

Verilən məlumatlara görə, o, budəfəki seçkidə də yenidən mandat əldə etmək iddiasındadır. Lakin hazırda təmsil etdiyi 89 saylı Göyçay-Ağdaş Seçki Dairəsində nüfuzunu o qədər itirib ki, artıq bu dairədə onu ciddi namizəd kimi qəbul etmirlər. Görünür, bunu özü də bildiyindəndir ki, yeni dairə axtarışına başlayıb.

Strateq.az-a verilən məlumata görə, bir neçə rayondan namizəd olmaq istəyinə “YOX” cavabı aldıqdan sonra Ş.Hacıyev, deyəsən taleyi ilə barışmalı olub. Keçmiş rektor seçkilərdən kənarda qalmaq istəməsə də, mandat əldə edə biləcəyi dairə tapmaqda çətinlik çəkir. Tapa biləcəkmi, bunu bir neçə gündən sonra biləcəyik

Həmçinin oxuyun

Hava şəraiti dəyişəcək – XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb. ETSN-dən daxil olan xəbərdarlığa görə, Bakıda …

Bir cavab yazın