Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Sosial / Səməd Vurğunun adını daşıyan məktəb fermaya çevrilib -Biabırçılıq

Səməd Vurğunun adını daşıyan məktəb fermaya çevrilib -Biabırçılıq

Azərbaycanın dahi şairinin adını daşıyan təhsil ocağı fermaya çevrilib. Məktəbə gələn hər kəsdə belə təssəvvür yarana bilər ki, burada şagirdləri mal-qara əvəzləyib.
Azinforum.az criminal.az-a istinadən xəbər verir ki, söhbət Ağdaş rayonu, Səməd Vurğun adına 1 saylı orta məktəbdən gedir.
Şəhərin mərkəzində, Heydər Əliyev prospektində yerləşən məktəbin həyətində hər gün mal-qara otarılır. Həyətdəki yaşıllıqlar inəklər tərəfindən məhv edilir, ətraf ərazi çirkləndirilir.
Mühafizə olunan məktəbdə mal-qara otarılmasına icazə verən şəxsin kim olduğu məlum deyil. Mal-qaranın məktəbin həyətinə gətirilməsi hər gün təkrarlanır.
Məsələ ilə bağlı təhsil ocağından münasibət oyrənmək mümkün olmadı.
Məktəb həyətini fermaya çevrilməsini göstərən görüntüləri təqdim edirik:

 

Həmçinin oxuyun

Suqovuşan və Talışa çəkilən yolların tikintisindən – Fotolar

Xəbər verdiyimiz kimi, işğaldan azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının …