Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Sosial / Səlim Müslümov vəzifəli şəxsləri cəzalandırdı

Səlim Müslümov vəzifəli şəxsləri cəzalandırdı

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində dövlət məşğulluq siyasətinin icrası, işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi və səmərəli məşğulluğunun təmin edilməsi, əmək bazarının tələbləri əsasında aktiv məşğulluq tədbirlərinin təşkili sahəsində görülən işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov iclası giriş sözü ilə açaraq, dünyada və regionda təhlükələrin, risklərin artdığı, böhranın dərinləşdiyi 2016-cı ildə də ölkəmizdə əmin-amanlığın, sosial-iqtisadi sabitliyin qorunub saxlandığını vurğulayıb.

S.Müslümov ötən il nazirliyin məşğulluq orqanlarının fəaliyyətindən bəhs edərək bildirib ki, nazirliyin məşğulluq orqanları tərəfindən 2016-cı ildə əvvəlki illə müqayisədə 2 dəfədən çox, yəni 56 631 nəfər münasib işlə təmin olunub. Onlardan 20 475 nəfəri gənclər olub: “Möhtərəm dövlət başçımızın sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsü nəticəsində keçən il dövlət təşkilatlarında on minlərlə iş yerinin yaradılması və bu iş yerləri üzrə nazirliyin məşğulluq orqanlarına vakansiyaların təqdim edilməsi işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təminatında xüsusi önəm kəsb edib. Həmin iş yerlərinə göndərişlərin verilməsi prosesinin şəffaf şəraitdə həyata keçirilməsi üçün bu prosesə ciddi nəzarət olunub. Təqdim olunmuş vakansiyalar üzrə ilk növbədə işsiz və işaxtaran kimi uzun müddət qeydiyyatda olan, iş tapmaqda çətinik çəkən şəxslərin məşğulluğunun təminatına üstünlük verilib. Cənab Prezidentin tapşırığına uyğun olaraq, cari ildə də işsiz və işaxtaran vətəndaşlar üçün dövlət təşkilatlarında iş yerlərinin yaradılması nəzərdə tutulub. Artıq bu prosesə, eləcə də məşğulluq orqanlarına məlumatların təqdim olunmasına başlanılıb”.

2016-cı ildə nazirliyin məşğulluq orqanları tərəfindən 1147 nəfərin haqqı ödənilən ictimai işlərə göndərildiklərini qeyd edən S.Müslümov bildirib ki, işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması yolu ilə əmək bazarına çıxış imkanlarına yiyələnməsi üçün nazirlik peşə hazırlığı və əlavə təhsil kurslarının təşkili işlərini də davam etdirib.

İclasda görülən işlərin müsbət nəticələri qeyd olunmaqla yanaşı, yol verilən nöqsan və çatışmazlıqlardan da bəhs olunub. Fəaliyyətində nöqsanlara yol verən vəzifəli şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsi üçün müvafiq qərarlar qəbul edilib. Qarşıda duran vəzifələr müzakirə olunub və nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.

Həmçinin oxuyun

Ali məktəblər bu il təhsil haqqını azaldacaq? – AÇIQLAMA

“Ödənişli əsaslarla təhsil alan tələbələrimiz bəzi imtiyazlara görə təhsil haqqından azad idilər. Onların ödənişini dövlət …

Bir cavab yazın