Cümə , Noyabr 27 2020
Ana səhifə / Sosial / Səkkiz şəhər və rayonda ictimai nəqliyyatın hərəkəti dayandırıldı

Səkkiz şəhər və rayonda ictimai nəqliyyatın hərəkəti dayandırıldı

Bu gündən sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq edildiyi şəhər və rayonlarda bütün ictimai nəqliyyatın hərəkəti qadağan edilib.
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz, Goranboy və Göygöl rayonlarının ərazisində həftəsonları bütün ictimai nəqliyyatın fəaliyyəti qadağan edilir.
Bununla əlaqədar bu gün saat 00:00-dan 13 iyul saat 06:00-dək qeyd olunan ərazilərdə ictimai nəqliyyat işləməyəcək.
Qeyd edək ki, 18 iyul 00:00-dan 20 iyul saat 06:00-dək qeyd olunan şəhər və rayonlarda da bütün ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.

Həmçinin oxuyun

Kərəm Həsənovdan Prezidentə şikayət olundu – NARAZILIQ…

Bakı şəhər sakini Gülarə Əliyeva Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri Kərəm Həsənovdan redaksiyamıza şikayət …